Qanunsuz silah və sursat: polis genişmiqyaslı əməliyyat keçirdi
Gürcüstan polisi son bir həftə ərzində ölkə üzrə keçirdiyi əməliyyatlar zamanı 20-yə yaxın qanunsuz odlu silah və müxtəlif növ sursat ələ keçirib.
Xeber.ge xəbər verir ki,
Nazirliyin açıqlamasına görə, aparılan əməliyyatlar nəticəsində 13 nəfər qanunsuz silah və sursat saxlamaqda ittiham olunaraq saxlanılıb. Onların bir qismi əvvəllər məhkum olunub.
Axtarışlar zamanı müxtəlif növ avtomat silahlar, tüfənglər və xeyli miqdarda sursat götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə istintaq davam edir.