Pakistan Hindistan qırıcılarını Çinin ən müasir raketi ilə vurub

Pakistanın Hərbi Hava Qüvvələri (HHQ) gecə döyüşləri zamanı Hindistan HHQ-yə məxsus üç ədəd "Rafale" qırıcı təyyarəsini məhv edib.
Xeber.ge xəbər verir ki,
Pakistan Hindistanın qırıcılarına qarşı Çinin "PL-15" raketindən istifadə edib. Həmin raketlər real döyüş əməliyyatlarında ilk dəfə istifadə olunub.
Qeyd edək ki, "PL-15" Çinin "hava-hava" sinfindən olan ən qabaqcıl raketidir və uçuş məsafəsi 200-300 kilometr təşkil edir.
"PL-15E" ixrac versiyasında isə bu göstərici 145 kilometrdir.
mənbə: oxu.az