Ozurgetidə 64 yaşlı ər 60 yaşlı arvadını ov tüfəngi ilə öldürüb

Ozurgeti şəhərində ailə faciəsi baş verib.
Kişi arvadını ov tüfəngi ilə güllələyərək öldürüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prim 109-cu maddəsi üzrə istintaq başlanıb. Bu maddə ağırlaşdırıcı hallarda ailə üzvünün qəsdən öldürülməsini nəzərdə tutur.
Qadını qətlə yetirən şəxs polis tərəfindən isti izlərlə saxlanılıb.
mənbə: interpress