Orta yaşlı kişi qızının azyaşlı rəfiqəsinə cinsi təcavüz edib

İllər əvvəl Laqodexi bələdiyyəsinin Qabal kəndində 15 yaşlı qızın cinsi təcavüzə məruz qalması faktı bütün kəndi silkələyib.
Hadisədən sonra qız 37 həftəlik uşaq dünyaya gətirib. Mövcud məlumata görə, 2017-ci ilin sentyabrında gecə saatlarında Laqodexi rayonunun 40 yaşlı Qabal kənd sakini öz evində gecələmək üçün qızının qonağı olan azyaşlı rəfiqəsinə cinsi təcavüz edib. Kişi zərərçəkmişin qışqırmaması üçün ağzını əli ilə tutub və ona tabe olmadığı təqdirdə ailə üzvlərini öldürməklə hədələyib.
Azyaşlı qız deyib: "Kişinin qızı mənim dostum və sinif yoldaşımdır. Gecə onun yanında idim, dedi anam evdə yoxdur, məndən onunla qalmağımı istədi. Biz də yaxın qonşuyuq. Rəfiqəm və onun kiçik bacısı bir otaqda, mən isə başqa otaqda yatırdıq.
Gecə atası gəldi, ağzımı bağladı, mənə təcavüz etdi. Sonra məni hədələdi ki, baş verənləri heç kimə demə, yoxsa valideynlərini öldürəcəm. Heç kimə demədim, hamilə olub-olmadığımı bilmirdim, hamilə olduğum bilinəndə, valideynlərimə və polisə dedim".
Məlumata əsasən, hadisədən 37 həftə sonra 11-ci sinifdə oxuyan qızın dərs zamanı vəziyyəti pisləşib və məktəbə təcili tibbi briqadası çağırılıb. Xəstəxanaya aparılandan sonra məlum olub ki, qız hamilə olub və elə həmin gün uşaq dünyaya gətirib.
Qeyd edək ki, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində məhkəmə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.
mənbə: 24News