Nyu-Yorkda etirazlar: Minlərlə insan ABŞ-nin İrana zərbələrinə qarşı küçələrə çıxdı-VİDEO
ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə zərbə endirməsindən sonra minlərlə Nyu-York sakini müharibə əleyhinə genişmiqyaslı etiraz aksiyaları üçün küçələrə çıxıb. Nümayişlər vətəndaş cəmiyyətinin Yaxın Şərqdə gərginliyin kəskin artmasına cavabı olub.
Xeber.ge xəbər verir ki,
Məlumata görə, etiraz hərəkatının episentri Manhettenin ürəyi və ABŞ mədəniyyətinin simvollarından biri olan məşhur Tayms-Skver olub. Oxşar etirazlar ABŞ-nin bir çox şəhərlərinə də yayılıb və vətəndaşların Donald Tramp Administrasiyasının xarici siyasətindən artan narazılığını ifadə edib.
Telekanalın yaydığı kadrlarda Nyu-York küçələrini dolduran yüzlərlə nümayişçi əks olunub. Etirazçılar əllərində "Stop the war on Iran" ("İranda müharibəni dayandırın") və "Trump is a war criminal" ("Tramp hərbi cinayətkardır") şüarları yazılmış plakatlar tutublar. Aksiyanın bir çox iştirakçıları ABŞ-nin hərəkətlərinin genişmiqyaslı hərbi münaqişəyə səbəb ola biləcəyindən və bunun da gözlənilməz nəticələrə gətirib çıxaracağından narahatdırlar.
mənbə: oxu.az