“NATO ABŞ-yə kömək etməsə, onu çox pis gələcək gözləyir”

Mar 16, 2026 - 11:15
 0  1
“NATO ABŞ-yə kömək etməsə, onu çox pis gələcək gözləyir”

“Əgər NATO-ya üzv dövlətlər Hörmüz boğazının blokadasının aradan qaldırılmasında ABŞ-yə kömək etməsələr, alyansı çox pis gələcək gözləyir”.

Xeber.ge xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald TrampFinancial Timesqəzetinə müsahibəsində bildirib.

“NATO deyilən bir təşkilat var. Biz indiyədək çox xeyirxah davranmışıq. Biz onlara (NATO üzrə müttəfiqlərə - red.) Ukrayna məsələsində kömək etməli deyildik. Ukrayna bizdən minlərlə kilometr uzaqlıqdadır. Amma biz kömək etdik. İndi görək onlar bizə kömək edəcəklərmi? Çünki mən çoxdan deyirəm ki, biz onlara kömək etməyə hazırıq, amma onlar bizimlə olmağa hazır deyillər. Onların bizimlə olacaqlarına da əmin deyiləm”, - Tramp deyib.

O, istənilən növ yardımda, o cümlədən regiona minatəmizləyən gəmilərin göndərilməsində maraqlı olduqlarını qeyd edib. ABŞ lideri həmçinin Avropa ölkələrinin xüsusi təyinatlılarının Fars körfəzində dronlar buraxan və ya minalar yerləşdirən İran hərbçilərinin zərərsizləşdirilməsi üçün istifadə oluna biləcəyini diqqətə çatdırıb.

“Biz onlara çox güclü zərbələr endiririk. Onlara boğazda mövcud olan kiçik problemləri aradan qaldırmaqdan başqa heç nə qalmır. Avropalılar bundan (Hörmüz boğazı vasitəsilə gəmiçilikdən - red.) faydalanırlar və onlar nizam-intizamı qorumaqda bizə kömək etməlidirlər. Biz onlara kömək edəcəyik. Amma onlar da orada olmalıdırlar”, - Tramp əlavə edib.

Ağ Evin rəhbəri İranın hərbi imkanlarının faktiki olaraq məhv edildiyini, bu səbəbdən NATO üzvləri Hörmüz boğazına hərbi gəmilər göndərəcəkləri təqdirdə yalnız minimal risklə üzləşəcəklərini iddia edib.

mənbə: qafqazinfo.az