“Metadon”, “mefedron” və “tetrahidrokannabinol” müsadirə olundu

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2000-ci il təvəllüdlü Ukrayna vətəndaşı V.A. xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanması, habelə böyük miqdarda narkotik vasitənin qanunsuz satışına cəhd ittihamı ilə saxlanılıb.
Qeyd olunan cinayətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Nazirliyin məlumatında deyilir ki, Tbilisidə saxlanılan şəxsin yaşayış yerində aparılan axtarış zamanı polis əməkdaşları xüsusilə böyük miqdarda narkotik vasitələri – “metadon”, “mefedron” və “tetrahidrokannabinol” maddi sübut kimi götürüblər.
İstintaq hərəkətləri zamanı həmçinin narkotik maddələrin qablaşdırılması üçün lazım olan materiallar və elektron tərəzilər də aşkarlanaraq götürülüb.
Hüquq-mühafizə orqanları saxlanılan şəxsin sonrakı satış məqsədilə müxtəlif ünvanlarda gizlətdiyi narkotik vasitələri də maddi sübut kimi ələ keçirib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 19-260-cı maddəsinin üçüncü hissəsi ilə davam etdirilir.
mənbə: marneulifm