Martın 1-dən etibarən Gürcüstanda işləmək istəyən hər bir əcnəbi xüsusi iş icazəsi almalıdır
Gürcüstan hökuməti xarici ölkə vətəndaşlarının ölkədə məşğulluq imkanlarını kəskin məhdudlaşdıran yeni qaydaları təsdiqləyib.
Xeber.ge xəbər verir ki,
Daraxvelidzenin sözlərinə görə, iş icazələri yalnız yerli kadrların çatışmadığı və kənar mütəxəssislərə "kritik ehtiyac" duyulan sahələrdə veriləcək.
"Vətəndaşlarımızın iş tapmaqda çətinlik çəkdiyi və rəqabətin yüksək olduğu sahələrdə əcnəbilərin işə götürülməsi maksimum dərəcədə məhdudlaşdırılacaq, hətta sıfıra endirilə bilər".
Hökumətin yeni qərarına əsasən, daimi yaşayış icazəsi (PM) olmayan əcnəbilər üçün bir sıra populyar peşələr tamamilə qapadılır. Belə ki, martın 1-dən etibarən xarici ölkə vətəndaşlarına aşağıdakı sahələrdə fəaliyyət göstərmək qadağan ediləcək:
· Kuryer xidməti;
· Taksi sürücülüyü;
· Turist bələdçisi (gid).
Bu addım yerli əhalinin məşğulluq səviyyəsini artırmaq və əmək bazarında daxili resursları qorumaq məqsədi daşıyır. Ekspertlər hesab edir ki, bu qərar xüsusilə son illər Gürcüstanın xidmət sektorunda fəaliyyət göstərən əcnəbilərin sayının kəskin artması ilə bağlıdır.