Marneulidə İnterpol tərəfindən "Qırmızı bülleten"lə axtarılan şəxs saxlanılıb

Jan 31, 2026 - 13:35
Jan 31, 2026 - 16:07
 0  23
Marneulidə İnterpol tərəfindən "Qırmızı bülleten"lə axtarılan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin  Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları, İnterpol tərəfindən "Qırmızı bülleten"lə axtarışda olan Türkiyə Respublikasının vətəndaşı — 1986-cı il təvəllüdlü M.İ.-ni saxlayıblar.

 Xeber.ge xeber  verir ki, bu barədə məlumatı Gürcüstan DİN yayır.

qurumun məlumatına görə, saxlanılan şəxs Türkiyə Respublikası tərəfindən 2025-ci ilin dekabr ayından etibarən qəsdən adam öldürmə ittihamı ilə axtarışda olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində M.İ.-ni Marneuli şəhərində yaxalayıblar.

Hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.