Lilo qəsəbəsində baş vermiş qəza nəticəsində 4 nəfər xəsarət alıb

Tbilisidə, Lilo qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər yaralanıb. Hadisə zamanı minik avtomobili ilə yük maşını toqquşub.
Gürcüstan Daxili İşlər Nazirliyinin “Mtavari”yə verdiyi məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanıb. Bu maddə nəqliyyat vasitələrinin hərəkət və istismar qaydalarının pozulmasını nəzərdə tutur.
mənbə: marneulifm