Kaxetidə 20 yaşlı gənc əlil qızı zörləməkdə ittiham olunur
"Mtavari Ambebi Kaxetiandan" nəşrinin yaydığı məlumata görə, Kaxetidə 20 yaşlı gənci əlilliyi olan 25 yaşlı qızı zö̈rləməkdə ittiham edirlər.
XEBER.GE xeber verir ki, yer sakinləri "Mtavari Ambebi Kaxetiandan" nəşrinə bildiriblər ki, qız və oğlan bir-birlərini sosial şəbəkə vasitəsilə tanış olublar. Bundan sonra qız Tbilisidən Kaxetiyə, oğlanla görüşmək üçün yollanıb. Daha sonra qızın anası hüquq-mühafizə orqanlarına müraciət edərək əlil qızının zö̈rlandiyini bəyan edib.
Məhkəmə dünən işə baxıb və qismində həbs qətimkan tədbiri olaraq gənc oğlana iki aylıq ilkin həbs cəzası təyin edib.
İş üzrə zorakılığın olub-olmadığını müəyyən etməli olan müvafiq ekspertiza təyin edilib.
Saxlanılan şəxsin atası bildirir ki, onun oğlu da əlilliyi olan şəxsdir, lakin müvafiq statusu yoxdur.
İş üzrə istintaq Cinayət Məcəlləsinin 137-ci – zorlama maddəsi ilə aparılır.