İnterpolla axtarışda olan Türkiyə vətəndaşı Batumidə saxlanılıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə Respublikasının vətəndaşını saxlayıblar.
XEBER.GE xeber verir ki, bu barədə məlumatı DİN yayır.
İdarənin məlumatına görə, saxlanılan şəxs Türkiyənin hüquq-mühafizə orqanlarının tələbi əsasında dələduzluq ittihamı ilə axtarışda idi.
Hüquq-mühafizə orqanları keçirilmiş istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsi Batumidə saxlayıblar.
Saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.