İmeretidə 103 kəndin hələ də ətraf aləm ilə əlaqəsi kəsilib

Feb 27, 2025 - 16:14
 0  66
İmeretidə 103 kəndin hələ də ətraf aləm ilə əlaqəsi kəsilib

İmereti bölgəsində hələ də 103 kənd xarici dünyadan təcrid olunmuş vəziyyətdədir.

Bu barədə İmeretidə Dövlət Qubernatoru Administrasiyası məlumat yayıb.

Məlumata görə, xüsusilə çətin vəziyyət Xaraqauli rayonunun dağlıq bölgələrində müşahidə olunur. Burada qar örtüyünün hündürlüyü iki metrdən çoxdur.

Rəsmi məlumata əsasən, bölgənin 12 bələdiyyəsində təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam etdirilir. Keçən gecə boyunca 75 ədəd texnika ilə yolların təmizlənməsi həyata keçirilib, bu gün səhər saatlarından isə bu prosesə əlavə 158 texnika cəlb olunub.

Qubernator Administrasiyasının verdiyi məlumata görə, ötən gecə təbii fəlakətə qarşı mübarizəyə Müdafiə Qüvvələrinin texnikası da qoşulub.

Bundan əlavə, bölgənin bəzi məktəb və uşaq bağçalarında tədris prosesi hələ də dayandırılıb.

mənbə: Interpress