Husilər İsrailin Təl-Əviv və Aşkelondakı hədəflərinə zərbələr endiriblər

May 1, 2025 - 10:28
 0  10
Husilər İsrailin Təl-Əviv və Aşkelondakı hədəflərinə zərbələr endiriblər

Yəmənin "Ənsar Allah"  hərəkatının husiləri İsrailin Təl-Əviv və Aşkelondakı hədəflərinə dörd pilotsuz uçuş aparatından istifadə edərək zərbələr endiriblər.

Xeber.ge xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya deyib.

"“Yəmən silahlı qüvvələri ikiqat əməliyyat keçirərək, İsrail düşməninin işğal olunmuş Yaffa bölgəsindəki (Təl-Əviv) mühüm hərbi obyektlərinə üç Yaffa pilotsuz uçan aparatı ilə, həmçinin bir Yaffa pilotsuz uçan aparatı ilə işğal altında olan Aşkelondakı mühüm obyektə hücum edib", - deyə o bildirib.

mənbə: trend.az