HƏMAS 4 girovu azad etdi, 200 məhbusun əvəzinə... - Video
HƏMAS 4 israilli qadın girovu azad edib.
Xeber.ge xəbər verir ki,
Qeyd edilib ki, grovlar Qəzzada Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib.
Onlar 477 gün əsirlikdə olub.
HƏMAS-a bağlı Məhbuslar Media Ofisinin paylaşdığı adlar siyahısına görə, bu gün azadlığa buraxılması planlaşdırılan 200 fələstinlidən 70-i, o cümlədən ömürlük məhbuslar deportasiya ediləcək. Deportasiya ediləcək fələstinlilərin hansı ölkəyə göndəriləcəyi dəqiqləşdirilməyib.
Siyahıya əsasən, azadlığa buraxılacaq fələstinlilərdən 137-si HƏMAS, 26-sı Fəth Hərəkatı, 29-u İslami Cihad Hərəkatı, 3-ü Fələstinin Azadlıq Xalq Cəbhəsi və 1-i Fələstinin Azadlıq Demokratik Cəbhəsinə məxsusdur. Onlardan 4-ü heç bir qrupa aid deyil.
mənbə: axar.az