Gürcüstanda yeni Katolikos-Patriarx seçilir

May 11, 2026 - 10:19
 0  15
Gürcüstanda yeni Katolikos-Patriarx seçilir

Nümayəndələrin qeydiyyatı saat 10:00-da başlayacaq və 12:00-a qədər davam edəcək, bundan sonra səsvermə başlayacaq. Nəticələr elə həmin gün açıqlanacaq, həmçinin intronizasiya (taxta çıxma) tarixi də elan olunacaq.

 

Xeber.ge xəbər verir ki, Gürcü Pravoslav Kilsəsinin geniş tərkibli iclası bazar ertəsi qapalı formatda Müqəddəs Üçlük kafedralı Samebada keçiriləcək və burada bütün Gürcüstanın yeni Katolikos-Patriarxı seçiləcək.

 

Gürcü Pravoslav Kilsəsinin Müqəddəs Sinodu aprelin 28-də patriarx taxtı üçün üç namizəd seçib: patriarx taxtının müvəqqəti rəhbəri, Senaki və Çxorotsku mitropoliti Şio, Ruişi-Urbnisi mitropoliti İov və Poti və Xobi mitropoliti Qriqol.

 

Yeni Patriarxın seçilməsi ilə əlaqədar Sameba Müqəddəs Üçlük kafedralının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bazar ertəsi saat 09:00-dan 18:00-dək məhdudiyyətlər Buxaidze, Axvlediani, Niabi, Qumbri, Qonaşvili və Mesxişvili küçələrinə şamil olunacaq. Həmçinin “Avlabari” metro stansiyasının ətrafında da məhdudiyyətlər olacaq.