Gürcüstanda yanacaq qiymətləri rekord həddə çatıb

Apr 29, 2026 - 18:30
 0  42
Gürcüstanda yanacaq qiymətləri rekord həddə çatıb

Gürcüstanda yanacaq bazarında qiymət artımı davam edir. Son bir ay ərzində benzin və dizelin qiyməti artıq altıncı dəfədir ki, yuxarıya doğru dəyişir. Bu artım nəticəsində dizel yanacağının qiyməti ölkə tarixində ilk dəfə 4 lari baryerini keçib.

Xeber.ge xeber  verir ki, ölkənin aparıcı yanacaqdoldurma məntəqələrində son vəziyyət belədir:

·         "Wissol" şəbəkəsində "Eko Dizel"in qiyməti 4.22 lari təşkil edir.

·         "Gulf" stansiyalarında "Avro Dizel"in qiyməti 4.27 lariyə yüksəlib.

·         "Super" markalı benzin və digər yanacaq növlərində də analoji artım müşahidə olunur.

  Gürcüstanın Baş naziri İrakli Kobaxidze məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, hökumət daxili imkanlarla bu prosesə müdaxilə edə bilmir.

O, bahalaşmanı beynəlxalq amillərlə, xüsusilə Yaxın Şərqdəki böhranla əlaqələndirib:

"Beynəlxalq səviyyədə yanacaq qiymətləri rekord həddə çatıb. Ümid edirik ki, Yaxın Şərqdəki böhran tezliklə bitəcək və bu, qiymətlərin enməsinə səbəb olacaq. Bu, bizdən asılı olan məsələ deyil, qlobal konyunktura belədir", – deyə Baş nazir qeyd edib.

  Hökumətin "gözləmə" mövqeyi yerli iqtisadçılar tərəfindən tənqidlə qarşılanıb. Ekspertlərin fikrincə, hökumətin əlində qiymətləri tənzimləmək üçün real rıçaqlar var.

O bildirib ki, hökumət aksiz vergisini müvəqqəti olaraq aşağı salmaqla qiymət artımını kompensasiya edə bilər.

Kepuladze hakimiyyəti bütün iqtisadi uğursuzluqları xarici şoklara (məsələn, Hörmüz boğazındakı vəziyyətə) bağlamaqda ittiham edib.

Xiştovani vurğulayıb ki, dünyanın bir çox ölkəsi bənzər krizislər zamanı vergi rejiminə dəyişiklik edərək əhalini qoruyur. Onun sözlərinə görə, Gürcüstan hökuməti qiymət artımı ilə mübarizədə aciz qalır və cəmiyyət artıq səbəbləri deyil, konkret əməli addımları gözləyir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, yanacağın bahalaşması yaxın vaxtlarda digər istehlak mallarının və xidmətlərin də qiymətində zəncirvari artıma, eləcə də inflyasiyanın sürətlənməsinə səbəb olacaq.