Gürcüstanda turistlər qar uçqununa düşüblər-VİDEO

Jan 11, 2026 - 12:28
Jan 11, 2026 - 12:29
 0  29
Gürcüstanda turistlər qar uçqununa düşüblər-VİDEO
: :
playing

Gürcüstanda qar uçqunu ən azı 20 turistdən ibarət bir qrupun üzərinə düşüb.

Bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Uçqun Gürcüstanın Yuxarı Svaneti bölgəsindəki Tetnuldi zirvəsi yaxınlığında baş verib.

Məlumata görə, zərərçəkənlər qarın altında qalıblar. Xilasedicilər onların bir qismini qarın altından çıxarıblar.

Bir neçə nəfər özləri xilas ola bilib. Vəziyyəti ağır olanlar xəstəxanaya yerləşdiriliblər.

mənbə: oxu