Gürcüstanda 5 xarici ölkə vətəndaşı saxlanıldı
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Sərhəd Polisi əməkdaşlarının birgə keçirdikləri kompleks tədbirlər nəticəsində Hindistan, Pakistan, Nigeriya və Nepal vətəndaşları olan ümumilikdə 5 nəfər saxlanılıb.
Xeber.ge xəbər verir ki,
Qurumun verdiyi məlumata görə, müəyyən edilib ki, saxlanılan şəxslər “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununa əsasən, ölkədə hüquqi əsas olmadan qalırdılar.
Onlar sığınacaq proseduru ilə müəyyən edilmiş müddətlərdən sui-istifadə etmiş və illərlə ölkədə hüquqi əsas olmadan yaşamışdılar.