Gürcüstana vizasız daxil olma imkanı daha 17 ölkənin vətəndaşına veriləcək
16 maydan etibarən Gürcüstana vizasız daxil olma imkanı 17 yeni ölkənin vətəndaşına veriləcək. Konkret olaraq, "Gürcü arzusu" hökumətinin 17 aprel tarixli qərarına əsasən, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Oman çoxgirişli vizaları və/və ya yaşamaq icazələri əsasında Gürcüstana vizasız daxil ola biləcək ölkələrin siyahısı təsdiqlənib.
Bu ölkələr: Əfqanıstan, Banqladeş, Qana, Efiopiya, Eritreya, Yəmən, Kamerun, Kot-d’İvuar, Konqo, Mərakeş, Nigeriya, Pakistan, Somali, Suriya, Sudan, Tanzaniya, Uqanda.Məhz bu ölkələrin vətəndaşları, əgər onların Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və ya Oman çoxgirişli vizaları və/və ya yaşayış icazəsi varsa, Gürcüstana vizasız daxil ola biləcəklər.
Lakin onlar yalnız o halda Gürcüstana vizasız daxil ola və qala bilərlər ki, Gürcüstan sərhədini keçdikləri günə qədər çoxgirişli vizalarının və/və ya yaşayış icazələrinin etibarlılıq müddəti ən azı 1 il olsun və bu, səyahət və/və ya digər müvafiq sənədlərlə təsdiq olunsun.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, Gürcüstana vizasız daxil olma imkanı 94 ölkənin vətəndaşına verilir. Onların demək olar ki, hamısı Gürcüstana vizasız daxil olma və tam 1 il müddətində qalma hüququna malikdirlər. Lakin, məsələn, Çin Xalq Respublikasının vətəndaşları Gürcüstana vizasız daxil olmaq və yalnız turistik məqsədlər üçün 30 gün qalmaq hüququna malikdirlər.
mənbə: marneulifm