Gürcüstan və ABŞ xalqları arasındakı münasibətlər seçkilərdən asılı deyil
ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan iki ölkənin xalqları arasındakı əlaqələrin bu və ya digər ölkədə hansısa seçkilərin keçirilməsindən asılı olmayaraq istənilən siyasi dəyişikliyə tab gətirəcəyinə əmin olduğunu bildirib.
O, bu barədə Amerika Ticarət Palatasının təşkil etdiyi “election breakfast”də söyləyib.
“ABŞ ilə Gürcüstan arasındakı münasibətlər istənilən siyasi dəyişikliyə tab gətirəcək... Mən həqiqətən inanıram ki, Gürcüstanda və ya ABŞ-də keçirilən istənilən seçkidə nə baş verməsindən asılı olmayaraq, xalqlar arasındakı münasibət dəyişməyəcək... İnsanlar, şirkətlər, universitetlər, müəssisələr, analitik mərkəzlər, institutlar, hərbçilər, hüquq-mühafizə orqanları arasında münasibətlər istənilən dəyişikliyə tab gətirəcək”, - səfir deyib.
mənbə: report