Tiflis ukraynalılar üçün vizasız rejimin müddətini azaltdı

Apr 3, 2025 - 20:30
Apr 3, 2025 - 20:41
 0  51
Tiflis ukraynalılar üçün vizasız rejimin müddətini azaltdı

"Gürcü Arzusu" hökuməti Ukrayna vətəndaşları üçün Gürcüstanda vizasız qalma müddətini 3 ildən 1 ilə azaldıb.

2 aprel tarixli hökumət qərarına əsasən:

"Ukrayna vətəndaşlarının Gürcüstana vizasız daxil olmaq və burada tam 1 il qalmaq hüququ var.

2025-ci il 24 fevral tarixinədək Gürcüstana daxil olmuş və burada yaşayan Ukrayna vətəndaşlarının qalma müddəti 2026-cı ilin 24 fevral tarixinədək uzadılır."

Bu qərar Gürcüstan hökumətinin bir il əvvəl – 23 aprel 2024-cü ildə qəbul etdiyi qərarın dəyişdirilməsi deməkdir. Həmin qərarda Ukrayna vətəndaşlarının Gürcüstanda vizasız 3 il müddətində qalmaq hüququ təsbit olunmuşdu.

mənbə: marneulifm