Gürcanda qanlı qarşıdurma

Nov 29, 2025 - 10:53
Nov 29, 2025 - 14:32
 0  26
Gürcanda qanlı qarşıdurma

Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, ittiham olunan şəxs Gürcaan bələdiyyəsində keçmiş bir məsələ ilə bağlı yaranan münaqişə zamanı, 2007-ci il təvəllüdlü Z.N.-ı xəncərlə sinə nahiyyəsindən yaralayıb və hadisə yerindən qaçıb.

Xeber.ge xeber  verir ki, departamentin məlumatına görə, yaralı xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilib.

Polis G.Q.-ı ittiham olunan şəxs kimi "isti iz" üzrə həbs edib.

Hüquq-mühafizə orqanları cinayət törətmək silahı - xəncəri dəlil kimi  götürüblər.

Qətlin təşəbbüsü faktı ilə bağlı araşdırma Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır. Cinayət 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.