Gənc oğlan güllələnib

Qurcaani bələdiyyəsinin Velistsixe kəndində 30 yaşlarnda olan gənc güllə yarası alıb.
Yerli sakinlərin məlumatına görə, hələlik şəxsiyyəti müəyyən edilməmiş bir nəfər gənci odlu silahdan atəş açaraq yaralayıb.
Yaralı “Geo Hospitals” klinikasına yerləşdirilib. Klinikanın həkimi bildirib ki, xəstədə sinəaltı bölgədə qəlpə xarakterli güllə yarası aşkarlanıb və ona müvafiq tibbi yardım göstərilir.
Hadisə ilə bağlı istintaq başlanıb.
mənbə: interpress