Faşist qruplaşmasının lideri David Cafarov necə saxlanılıb?
Azərbaycanlıya qarşı qeyri-insani rəftarın təşkil olunması ittihamı ilə əvvəlcədən ittiham elan edilmiş şəxsi polis yaşayış evinin yaxınlığında bir neçə gün ərzində izləyib .
XEBER.GE xeber verir ki, bu məlumatı "TV Pirveli"yə Cafarovun qonşuları
təsdiqlayırlar.
Bundan əlavə, qonşular bildirirlər ki, kriminal polisin əməkdaşları ətrafdakı kameraların yazışmalarını da ətraflı şəkildə nəzərdən keçiriblər.
David Cafarova Vaşlıcvaridə qandallar vurulub. Onun üzərində aparılan axtarış nəticəsində hüquq-mühafizəçilər soyuq silah aşkar edərək götürüblər.
İstintaqın məlumatına görə, 2023 ildə "nasist-faşist" ideologiyasına malik qruplaşmanın liderlərindən biri tərəfdaşları ilə birlikdə mövcud fikir ayrılığı zəminində tanışını aldadaraq Tbilisidə yerləşən kimsəsiz ərazilərdən birinə aparıb, orada müxtəlif küt əşyalardan istifadə etməklə qrup halında fiziki zorakılıq göstərib, həmçinin azyaşlıya qarşı qeyri-insani və alçaldıcı rəftar həyata keçiriblər.
Hüquq-mühafizəçilər qəsdən törədilmiş cinayətə görə məhkum olunmuş, "faşist-nasist" ideologiyasına malik qruplaşmanın liderini sentyabrın 24-də saxlayıblar, ona Gürcüstan Cinayət Məcəlləsinin 144-cü tertiya maddəsinin 2-ci hissəsinin "e", "z" bəndləri (qeyri-insani rəftar, əvvəlcədən bilməklə azyaşlıya qarşı və qrup halında), 25, 144-cü tertiya maddəsinin 2-ci hissəsinin "e" və "z" bəndləri (əvvəlcədən bilməklə azyaşlıya qarşı qrup halında qeyri-insani rəftarın təşkili) və 238 prim maddəsinin 2-ci hissəsi (qəsdən cinayət törətdiyinə görə məhkum olunmuş şəxs tərəfindən soyuq silah gəzdirilməsi) ilə ittiham irəli sürülüb ki, bu da cəza qismində 10 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində qismində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətlə məhkəməyə bu gün müraciət edəcək.