Bu ölkə tapşırıq verib, Gürcüstanda müharibə başlaya bilər

Oct 26, 2024 - 17:23
Oct 26, 2024 - 18:16
 0  117
Bu ölkə tapşırıq verib, Gürcüstanda müharibə başlaya bilər

Hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişvili parlament seçkiləri günü müxalifətin qalib gələcəyi təqdirdə “müharibə” riskini bir daha bəyan edib.

Bu barədə “NewsGeorgia” məlumat yayıb.

Eyni zamanda o, ölkənin bütün müxalifətini “xarici agentlər” adlandırıb.

“Sizə xatırlatmaq istəyirəm, qonşuluqda müharibə var. Agentləri idarə edən bu ölkə təcili tapşırıq verib ki, Gürcüstanı bir növ hərbi əməliyyatlara cəlb etsin. Sizi əmin edirəm ki, bu, çox vaxt aparmayacaq, bu, dərhal baş verəcək və biz ölkənin inkişafının qayğısına qalmaq əvəzinə, fəlakət və dağıntı ilə üzləşəcəyik”, - İvanişvili bildirib.

“Seçim çox sadədir. Biz ya sizə, gürcü xalqına, gürcü cəmiyyətinə, vətənimizə xidmət edəcək, ölkənin qayğısına qalacaq bir hökumət seçəcəyik, ya da yalnız xarici ölkənin tapşırıqlarını yerinə yetirəcək xarici agentləri seçəcəyik”, - deyə İvanişvili bildirib.

mənbə: publika