Bədbəxt hadisə - Restoranda 12 nəfərin meyiti tapıldı
Daxili İşlər Nazirliyinin məlumatına görə, Qudauridə yerləşən hind restoranında baş vermiş bədbəxt nəticəsində 11 xarici və bir Gürcüstan vətəndaşının meyiti aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə istintaq başlayıb.
"Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis İdarəsinin əməkdaşları Qudauridə baş vermiş, nəticədə 12 nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə araşdırmalara başlayıblar.
Qudauridəki hind restoranının ikinci mərtəbəsində eyni müəssisədə işləyən 12 nəfərin cəsədi yataq otağında tapılıb. İlk baxışdan cəsədlərdə heç bir zorakılıq əlamətləri görünmür.
Həmçinin, istintaqın ilkin məlumatına görə, yəqin ki, obyektə elektrik enerjisinin verilməsi dayandırıldıqdan sonra qapalı məkanda generator yerləşdirilib.
Ölən 12 nəfərdən 11-i xarici ölkə, biri isə Gürcüstan vətəndaşıdır.
Faktla bağlı fəal surətdə istintaq tədbirləri həyata keçirilir, ekspert-kriminalistlər yerindəcə işləyir, şəxslərin dindirilməsi aparılır. Müvafiq ekspertiza təyin edilir. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası da təyin edilib”, - deyə məlumatda bildirilir.
mənbə: interpress