Avropa Gürcüstan vətəndaşlarını işə GÖTÜRMƏYƏCƏK

Dec 1, 2024 - 21:42
 0  89
Avropa Gürcüstan vətəndaşlarını işə GÖTÜRMƏYƏCƏK

Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-dəki çıxışında hakim "Gürcü arzusu" partiyasının Avropa İttifaqına daxil olma prosesini 2028-ci ilə qədər təxirə salmağı qərara aldığını və hökumətin Avropanın büdcə qrantlarından imtina etdiyini bəyan edib.

Gürcüstan iqtidarının qərarına etiraz edən insanlar həmin gündən Tbilisi küçələrinə çıxıblar. Etiraz aksiyasında Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili də iştirak edib. O, müxalif qüvvələri dəstəkləyib. Tbilisinin mərkəzində küçələrə çıxan insanlarla polis və xüsusi təyinatlılar arasında gərginlik yaşanıb.

 Gürcüstana cavab isə gecikməyib. Ötən gecə ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırıb.

 Dövlət Departamentinin sözçüsü Metyu Miller bununla bağlı açıqlama verib:
 

“ABŞ Avropa İttifaqı ilə (birlikdə) “Gürcü Arzusunun” Aİ-yə üzvlüyü dayandırmaq qərarına təəssüf edir. Biz öz konstitusiyalarına xəyanətə qanuni etiraz edən gürcülərə qarşı həddindən artıq güc tətbiq edilməsini qınayırıq – Aİ Kremlə qarşı istehkamdır. Ona görə də biz Gürcüstanla Strateji Tərəfdaşlığı dayandırdıq”.

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski isə Aİ-nin Xarici İşlər Şurasının dekabrın 16-da keçiriləcək iclasında Gürcüstanla münasibətlərin müzakirəyə çıxarılacağını bildirib. 

İslacda 27 üzv ölkənin təmsilçiləri iştirak edəcəklər. Diplomat gündəlikdə Gürcüstanla ilə mövcud viza rejiminin ləğv edilib-edilməməsi məsələsinin də olduğunu bildirib.

 Qeyd edək ki, Avropa İttifaqı və Gürcüstan arasındakı soyuq əlaqələrdən sonra Avropada gürcülərə qarşı münasibət dəyişib.

 Belə ki, artıq Avropada Rusiya vətəndaşları ilə yanaşı Gürcüstan vətəndaşlarını da işə qəbul etməməyə başlayıblar.

 İş elanlarında Gürcüstan vətəndaşları istisna olaraq digər ölkə vətəndaşlarını qəbul edəcəklərini bildirirlər. Bəzi iş yerlərində isə Gürcüstan vətəndaşlarının sıxışdırıldığı və çıxarıldığı qeyd olunur.

mənbə: modern