Antistres oyuncağı uşağı komaya saldı – "TikTok"da ölümcül çağırış
Sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında yeniyetmələr arasında yayılan yeni "trend" faciəvi nəticələrə səbəb olur.
Antistres oyuncaqlarını mikrodalğalı sobada qızdıran uşaqlar partlayış nəticəsində ağır bədən xəsarətləri alırlar.
Xeber.ge xeber verir ki, xəstəxanalara müraciət edən azyaşlıların sayında kəskin artım müşahidə olunur.
Uşaqlar "squishy" adlanan antistres oyuncaqlarını (xüsusilə gellə dolu "NeeDoh" modellərini) mikrodalğalı sobada təxminən 30 saniyə saxlayırlar.
Qızma nəticəsində oyuncağın daxilindəki gel qaynar mayeyə çevrilir və təzyiqdən partlayır. Nəticədə qaynar kütlə uşaqların üz, boyun və sinə nahiyəsinə sıçrayır.
Məlumata görə, 9 yaşlı bir uşaq üzündən ağır yanıq xəsarəti alıb, 7 yaşlı digər bir uşaq isə üçüncü dərəcəli yanıq diaqnozu ilə komaya düşüb.