Almaniya XİN: Gürcüstandakı səfirimizə qarşı aqressiv ritorikanı pisləyirik

Almaniya Xarici İşlər Nazirliyi açıqlama verərək bildirib ki, Berinin Gürcüstandakı səfiri Peter Fişer federal hökumətin mövqeyini təmsil edir və Vyana Konvensiyasına tam uyğun fəaliyyət göstərir.
Bu barədə nazirliyin "X"dəki səhifəsində yayılan bəyanatda vurğulanır:
"Biz "Gürcü Arzusu" Partiyasının nümayəndələrinin Almaniyanın Gürcüstandakı səfirinə qarşı aqressiv ritorikasını və onun əsassız çağırışını qəti şəkildə pisləyirik. Səfir federal hökumətin mövqeyini təmsil edir və Vyana Konvensiyasına tam uyğun hərəkət edir".
Gürcüstan xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili bu gün Almaniya səfiri ilə görüşərək deyib ki, Vyana Konvensiyasına əsasən diplomatik missiyanın üzvü həm də qəbul edən dövlətin qanunlarına və qaydalarına riayət etməlidir.
Xatırladaq ki, səfir Xarici İşlər Nazirliyinə daxil olmadan əvvəl mətbuata bildirib ki, Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb: "Bu çağırış diplomatik sanksiya növüdür və dost ölkələr arasında çox qeyri-adi haldır".
mənbə: report