Ağır yol qəzası nəticəsində bir nəfər həyatını itirdi

Kaxeti bölgəsinin Axmeta bələdiyyəsinə daxil olan Ojiyo kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə yüngül xəsarət alıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, minik avtomobilinin sürücüsü sükanı itirərək işıq dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan üç nəfər xəsarət alıb. Onlardan biri – gənc kişi – ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerinə təcili tibbi yardım, polis və fövqəladə xidmət əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
mənbə: interpress