Ağır yol qəzası 3 yaşlı uşağın həyatına son qoydu

Xobidə baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 yaşlı uşaq həyatını itirib.
Məlumata görə, iki avtomobilin toqquşmasından sonra onlardan biri ana və uşağa çırpılıb.
Hadisə nəticəsində azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, faktla bağlı bir nəfər saxlanılıb və araşdırma Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə aparılır. Maddə nəqliyyatın hərəkət və istismarı qaydalarının pozulmasını nəzərdə tutur.
mənbə: interpress