ABŞ-Gürcüstan münasibətlərində müsbət bərpa əlamətləri müşahidə olunur

Jul 31, 2026 - 20:00
 0  7
ABŞ-Gürcüstan münasibətlərində müsbət bərpa əlamətləri müşahidə olunur
: :
playing

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ-nin Gürcüstandakı səfirinin səlahiyyətlərini icra edən Emi V. Diazla görüşündə ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edib.

Bu barədə nazir "Daily Chronicle" verilişində danışıb.

Nazirin sözlərinə görə, son aylarda iki ölkə arasında münasibətlərdə müsbət dəyişikliklər müşahidə olunur.

"Son aylarda münasibətlərimizdə müsbət bərpa əlamətləri müşahidə olunur. ABŞ ilə münasibətlərimizdən nə gözlədiyimiz barədə mövqeyimizi dəfələrlə ifadə etmişik. Arzumuz bu münasibətlərin qarşılıqlı hörmətə, sağlam və əsaslı strateji tərəfdaşlığa söykənməsidir. Bu istiqamətdə Amerika tərəfi ilə işi davam etdirəcəyik", – M.Boçorişvili vurğulayıb.

O əlavə edib ki, Vaşinqtonun son addımları Gürcüstan tərəfinə öz mövqeyini ABŞ-yə çatdırmaq üçün əlavə imkan yaradıb.

Nazir bildirib ki, ABŞ-nin yeni administrasiyasının Gürcüstana ədalətl\ə yanaşacağına inanır: "Biz ABŞ ilə siyasi dialoqu davam etdirməyə tam hazırıq və ABŞ-dan da eyni şeyi gözləyirik".

Onun sözlərinə görə, hər iki tərəf strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələdən başlamalı olduğu qənaətindədir:

"Demək olar ki, hər iki tərəf strateji tərəfdaşlıq haqqında danışmağa yeni səhifədən başlamalı olduğumuz fikrini bölüşür. Lakin biz hesab edirik və bunu ABŞ tərəfi ilə də bölüşürük ki, strateji tərəfdaşlığımız konkret məzmunla doldurulmalıdır. Bu məzmunun necə formalaşacağı isə şübhəsiz ki, diplomatik fəaliyyətin və Amerika tərəfi ilə siyasi dialoqun mövzusu olacaq".

 

mənbə: report