ABŞ-da saxlanılan Gürcüstan vətəndaşı dünyasını dəyişib
"ABC News"un yaydığı məlumata görə, ABŞ-ın Miqrasiya və Gömrük İdarəsinin (ICE) saxlanma mərkəzində Gürcüstan vətəndaşı vəfat edib.
43 yaşlı Mamuka Artmeladze iyunun 4-də Luiziana ştatında yerləşən Uinn islah müəssisəsində huşsuz vəziyyətdə tapılıb.
Dərhal tibb mərkəzinə çatdırılan həmyerlimizin həyatını xilas etmək mümkün olmayıb.
Xeber.ge xəbər verir ki, ABŞ Miqrasiya və Gömrük İdarəsinin rəsmi bəyanatına görə, Gürcüstan vətəndaşı fevral ayında Nyu-Orleanda keçirilən əməliyyat zamanı saxlanılıb. Sözügedən əməliyyat "ictimai təhlükəsizliyə təhdid yaradan kommersiya avtomobili sürücülərinə qarşı" təşkil olunub.
"ABC News" qeyd edir ki, Mamuka Artmeladze Donald Tramp administrasiyasının ikinci dövründə ICE-nin həbsində dünyasını dəyişən 50-ci şəxsdir.
Hadisə ilə bağlı araşdırmalar davam edir.