Zelenski Trampla görüşmək üçün ABŞ-dədir

Aug 18, 2025 - 10:42
 0  16
Zelenski Trampla görüşmək üçün ABŞ-dədir

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də səfərdə olduğunu və orada həmkarı Donald Trampla görüşəcəyini açıqlayıb.

Xeber.ge xəbər verir ki, bu barədə V.Zelenski özünün "Telegram" kanalında yazıb.

"Mən artıq Vaşinqtondayam. Prezident Trampla görüşəcəyəm. Avropa liderləri ilə danışacağıq. Dəvətə görə ABŞ prezidentinə minnətdaram", - V.Zelenski qeyd edib.

O vurğulayıb ki, Ukrayna uzunmüddətli sülhdə israrlıdır.

"Və ümid edirəm ki, ABŞ-li, avropalı dostlarımızla ümumi gücümüz Rusiyanı sülhə vadar edəcək", - V.Zelenski yazıb.

mənbə: oxu.az