Xobidə çayda 50 yaşlı kişinin meyiti tapılıb
Gürcüstanın Xobi bələdiyyəsinin Çaladidi kəndi ərazisindən keçən Tsiv çayında kişi meyiti aşkar edilib.
Xeber.ge xəbər verir ki, meyiti tapılan şəxsin təxminən 50 yaşı var.
Yerli sakinlər tərəfindən verilən məlumata görə, dünyasını dəyişən şəxs Abxaziyadan olan məcburi köçkündür.
Yaxınları və qonşuları həmin şəxsi iki gün idi ki, axtarırmışlar.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya aparılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) ilə istintaq başladılıb. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.