Vaşinqton və Tehran yenidən masaya otururlar - Məkan və vaxt AÇIQLANDI

Apr 15, 2026 - 22:02
 0  12
Vaşinqton və Tehran yenidən masaya otururlar - Məkan və vaxt AÇIQLANDI

ABŞ və İran arasında danışıqların ikinci raundu gələn həftənin sonunda Pakistanın paytaxtı İslamabadda keçirilə bilər.

 Xeber.ge xəbər verir ki, bu barədə "Geo" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ nümayəndə heyətinə yenidən Cey. Di. Vens rəhbərlik edəcək. Heyətdə həmçinin Stiv Uitkoff və Cared Kuşner yer alacaqlar.

İran tərəfini Məhəmməd Baqir Qalibaf və Abbas Əraqçı təmsil edəcəklər.

Qeyd olunur ki, Pakistan tərəfinə danışıqların təşkili üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməsi tapşırılıb.

mənbə: oxu.az