Türkiyədə dəhşətli yanğın: 66 ölü, 51 yaralı - Video-YENİLƏNİB

Jan 21, 2025 - 11:59
Jan 21, 2025 - 19:38
 0  95

Türkiyənin Bolu şəhərindəki dağ-xizək kurortunda güclü yanğın baş verib.

Xeber.ge xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Bolunun Qartalqaya dağ-xizək kurortunda otellərdən birində baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.

Yanğın səbəbindən oteldə olan qonaqların başqa otellərə təxliyə edildiyi bildirilir.

mənbə: axar.az