Qarşıdakı günlərin hava proqnozu açıqlandı

Nov 8, 2024 - 22:57
 0  38
Qarşıdakı günlərin hava proqnozu açıqlandı

Noyabrın 12-dək Gürcüstanda yağmursuz hava şəraiti davam edəcək.

 Milli Ətraf Mühit Agentliyi 9-11 noyabrda Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb:

Tbilisidə hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək. 

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +15, +18 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +16, +19 dərəcə təşkil edəcək. 

Şərqi Gürcüstanın yüksək dağlıq ərazilərində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +5, +10 dərəcə təşkil edəcək

mənbə: interpress