Parlament seçkilərində səssayma başa çatıb, “Gürcü Arzusu” qalibdir
 
                                Gürcüstanda parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Qeyd edilir ki, 3 111 məntəqədən 3 110-nun bülletenlərinin nəticələrinə əsasən hakim “Gürcü Arzusu” Partiyası 53,92 % səs toplayıb.
Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %; ”Vahidlik – Milli Hərəkat” 10,16 %; ”Güclü Gürcüstan” 8,81 %; ”Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs yığıb.
Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib.
mənbə: report
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                            ![“Xanım Salome [Zurabişvili] əşyalarını toplamaqla məşğul olmalıdır” - Papuaşvili](https://api.mtavari.tv/files/styles/news_thumb_lg/public/photos/2024/11/screenshot-2024-11-15-082310.png.jpg?itok=fXrEKrEJ) 
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            