Netanyahunun Bakı səfəri 5 gün davam edəcək

Apr 30, 2025 - 14:40
 0  29
Netanyahunun Bakı səfəri 5 gün davam edəcək

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri 5 gün davam edəcək.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı Baş nazirin ofisinə istinadən “The Times of Israel” yayıb. 

Bildirilib ki, Netanyahu mayın 7-də Azərbaycana yollanacaq və 11-də İsrailə geri qayıdacaq.

Həmçinin qeyd olunub ki, mayın 8-də o, Azərbaycan Prezidenti İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüş keçirəcək.

mənbə: qafqazinfo.az