Netanyahu Makronu İsrailə buraxmadı

Sep 4, 2025 - 12:36
 0  16
Netanyahu Makronu İsrailə buraxmadı

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasının sessiyası ərəfəsində İsrailə qısamüddətli səfər istəyini rədd edib.

Xeber.ge xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.

Məlumata görə, Makron Fransanın Fələstinin birtərəfli qaydada tanınmasına hazırlaşan bir sıra Qərb dövlətinə qoşulmazdan əvvəl ölkəyə gəlmək niyyətində idi:

“Bununla belə, Netanyahu şərt qoyub: səfər yalnız Parisin bu təşəbbüsü rədd edəcəyi təqdirdə mümkündür. Fransa lideri isə tələbi yerinə yetirməkdən imtina edib”.

mənbə: axar.az