Kobaxidze ikinci ildir Davos forumuna dəvət olunmayıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 19-23-də İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.
Hökumət başçısı tədbirdə iştirak üçün dəvət almayıb.
Hökumət administrasiyası Kobaxidzenin foruma dəvət olunmadığını təsdiqləyib.
Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti ötən ilki Davos forumunda da iştirak etməyib.
mənbə: apa