İstanbulda İsrail Konsulluğu önündə atışma: 2 ölü - Video
Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda İsrail Konsulluğunun yerləşdiyi binanın yaxınlığında silahlı insident baş verib.
Xeber.ge xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, hücum zamanı 3 nəfər zərərsizləşdirilib, 2 polis isə yaralanıb.
Hadisə yerinə çox sayda polis göndərilib.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalar davam edir.
mənbə: axar.az