Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb
Bu gün Gürcüstan parlamentinin 11ci çağırışının deputatları səlahiyyətlərini qəbul ediblər.
Müvəqqəti Mandat Komissiyası seçilən 150 deputatın sənədlərinin qaydasında olduğunu təsdiqləyib.
Komissiya yekun siyahını təqdim etdikdən sonra səlahiyyətlərin tanınması üçün səsvermə keçirilib. “Gürcü Arzusu” partiyasının 88 deputatı parlamentin 150 deputatının səlahiyyətlərini tanıyıb.
Səlahiyyətlərin tanınmasından sonra “Gürcü Arzusu” partiyasının deputatları vətənə sadiqlik andı içiblər. Daha sonra deputatlar and mətnini imzalayıblar.
mənbə: report