Dənizdə orta yaşlı kişinin cəsədi tapıldı

Jul 15, 2025 - 20:41
 0  11
Dənizdə orta yaşlı kişinin cəsədi tapıldı
: :
playing

Qobuletidə, dənizdə Fövqəladə Halların İdarəetmə Xidmətinin əməkdaşları təxminən 35 yaşlı kişinin meyitini tapıblar.

Gənc kişinin cəsədi artıq ekspertiza bürosuna təhvil verilib. Hadisə yerində Daxili İşlər Nazirliyinin əməkdaşları da səfərbər olunublar.

Nazirlikdən verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə – intihara çatdırma maddəsi ilə istintaq başlanıb.

Mövcud məlumata əsasən, kişi iki gün əvvəl dənizdə itib və o, Quriyanın regionundan idi.

mənbə: interpress