Avropa İttifaqında sədr dəyişdi

Jan 1, 2025 - 15:37
 0  48
Avropa İttifaqında sədr dəyişdi

Polşa bu gündən Avropa ittifaqının sədrliyinə başlayıb.

 Xeber.ge xəbər verir ki, Polşanın sədrliyi 6 ay davam edəcək.  

Polşanın şüarı "Təhlküəsizlik, Avropa" olaraq müəyyənləşdirilib. 

Polşa Rusiya-Ukrayna müharibəsinin təsirlərini ən çox hiss edən ölkədir. Eyni zamanda Belarusla qonşu olan Polşa Aİ-yə üzv olan digər ölkələrini müdafiə xərclərini artırmaq və Avropa müdafiə sənayesini gücləndirmək üçün  təşviq edəcək.  

Polşa bundan əlavə, qeyri-qanuni köç dalğasını azaltmaq və geri göndərmə prosedurlarını effektiv hala gətirmək üçün həll yolları üzərinə çalışmağa hazırlaşır.

Belarusun miqrantları silah kimi istifadə etdiyini və hibrid müharibə ilə üz-üzə gəldiyini qeyd edən Varşava hökuməti dezinformasiya ilə mübarizə və enerji asılılığını azaltmağa fokuslanacaq. 

Qeyd edək ki, Polşa 1 iyul 2025-ci ildə  sədrliyi Danimarkaya ötürəcək. 

mənbə: modern