Ən çox borcu olan ölkə hansıdır?

Avropa İttifaqına üzv ölkələrin cəmi dövlət borcu ümumi daxili məhsulun (UDM) 81,5 faizinə bərabərdir.
Xeber,ge xəbər verir ki, məlumatı Avropa Statistika Ofisi (Avrostat) açıqlayıb. Qurumun statistikasına görə 6 ölkənin dövlət borcu ÜDM-in 100 faizini ötüb.
Ən yüksək borc səviyyəsi Yunanıstanda qeydə alınıb. Burada dövlət borcu ÜDM-in 163,6 faizinə bərabərdir. Növbəti yerləri İtaliya (137 faiz), Fransa (112,2 faiz), Belçika (108 faiz), İspaniya (105,3 faiz) və Portuqaliya (100,6 faiz) bölüşür.
İl ərzində İttifaq ölkələrinin ümumi dövlət borcu 1 faizədək artıb
mənbə: publika.az