Aksiya iştirakçıları hökumət administrasiyasına doğru yürüş ediblər

17 Aprel 2024

130

“Rus Qanununa Yox” aksiyasının iştirakçılarının "Xarici şəffaflıq haqqında” qanun layihəsi üçün hökumətə verdiyi 1 saatlıq müddət başa çatıb.

Aksiyanın liderlərindən biri Levan Tsutskiridze aksiya iştirakçılarını hökumət administrasiyasına doğru hərəkətə keçməyə çağırıb.

“Biz təklif etmək istərdik ki, bizimlə sülh yolu ilə Dövlət kanslerliyinə gedək və baş nazirin çıxıb bizimlə danışmasını tələb edək”, - deyə Levan Tsutskiridze bildirib.

Levan Tsutskiridzenin sözlərinə görə, hökumət administrasiyasına keçdikdən sonra onlar hökumətdən qanunu geri götürməyi və məhbusları azad etməyi tələb edəcəklər.

Xatırladırıq ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz əlaməti olaraq vətəndaşlar bu gün saat 12:00-dan etibarən parlamentin arxa girişinə toplaşıblar və saat 19:00-dan etibarən aksiya parlamentin qarşısında davam edir. Vətəndaşlar artıq üçüncü gündür ki, qanun layihəsinə etiraz edirlər.
Gürcüstan parlamenti 83 səslə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini bu gün birinci oxunuşda qəbul edib. Qanun layihəsinin səsverməsindən əvvəl üç gün səs-küylü komitə və sessiya müzakirələri aparılıb.


mənbə: interpress


Oxşar xəbərlər