Aksiyada bibər qazından istifadə edilməsi nəticəsində bir neçə vətəndaş xəsarət alıb

30 Aprel 2024

138

Parlament binası yaxınlığında davam edən aksiyada bibər qazından istifadə edilməsi nəticəsində bir neçə vətəndaş xəsarət alıb.

Təcili tibbi yardım həkimləri nümayişçilərə ilkin tibbi yardım göstərirlər.

Hadisə yerində bir neçə təcili yardım briqadası var.

Məlumat üçün bildirək ki, xüsusi təyinatlılar Parlamentin yaxınlığında davam edən aksiyada aksiya iştirakçıları istiqamətində bir neçə dəfə bibər qazından istifadə ediblər. Xüsusi təyinatlılarla aksiya iştirakçıları arasında bir neçə dəfə qarşıdurma olub.


mənbə: interpress


Oxşar xəbərlər